Qelebə.az / Millətlər Liqası: Azərbaycan yığması Belçikaya qalib gəlib

Millətlər Liqası: Azərbaycan yığması Belçikaya qalib gəlib

17-10-2025, 15:25

Bakıda keçirilən amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarına start verilib.

QELEBE.AZ xəbər verir ki, günün ilk matçında Azərbaycan millisi Belçika ilə üz-üzə gəlib.

Oyun yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, üç gün davam edəcək yarışda 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.

Geri qayıt