Qelebə.az / “Abşeron Lions” Estoniya təmsilçisinə məğlub oldu

“Abşeron Lions” Estoniya təmsilçisinə məğlub oldu

16-10-2025, 22:15

Bu gün daha bir təmsilçimiz FIBA Avropa Kubokunda mübarizəyə başlayıb.

QELEBE.AZ xəbər verir ki, "Abşeron Lions" klubu Estoniya təmsilçisi "Kalev"i qəbul edib.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürüb.

Oyun qonaqların 85-93 (21-32, 22-19, 17-22, 25-20) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, I qrupunun ilk görüşündə Azərbaycanın "Neftçi" kollektivi Polşada "Trefl"ə uduzub - 63:92.

Geri qayıt