Qelebə.az / TFF Türkiyə millisini mükafatlandırıb

TFF Türkiyə millisini mükafatlandırıb

16-10-2025, 13:41

Türkiyə millisi DÇ-2026-nın seçmə mərhələsində bu ay Bolqarıstana 6:1, Gürcüstana isə 4:1 hesabıyla qalib gəlib.

Apasport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası qələbələrə görə komandanı mükafatlandırıb. 

Federasiya yığmada işləyənlərə və futbolçulara ümumilikdə 2,5 milyon avro mükafat verib.

Türkiyə yığması E qrupunda 9 xalla ikincidir. Qrupda lider isə 12 xalla İspaniya seçməsidir.

Geri qayıt