Qelebə.az / Rüdi Föller Almaniya yığmasına qayıdıb

Rüdi Föller Almaniya yığmasına qayıdıb

20-01-2023, 11:39

Almaniya millisinin keçmiş baş məşqçisi Rüdi Föller bu komandaya qayıdıb.

“QELEBE.AZ” xəbər verir ki, Almaniya Futbol Assosiasiyası (DFB) 63 yaşlı mütəxəssisi yığmanın idman direktoru vəzifəsinə təyin edib.

O, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra istefa verən Oliver Birhoffu əvəzləyib. Föller fevralın 1-dən yeni işində fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Rüdi Föller 2000-2004-cü illərdə Almaniya yığmasına rəhbərlik edib.

Geri qayıt