Qelebə.az / Basketbol Liqasında II tura bu gün yekun vurulacaq

Basketbol Liqasında II tura bu gün yekun vurulacaq

12-10-2025, 13:22

Azərbaycan Basketbol Liqasında II tura bu gün yekun vurulacaq.

QELEBE.AZ xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.

"Sərhədçi" "Lənkəran"la, "Naxçıvan" "Sumqayıt"la üz-üzə gələcək.

B qrupunun qarşılaşmaları müvafiq olaraq saat 14:00 və 19:00-da start götürəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" "Gəncə"yə (96:94), "Sabah" isə NTD-yə (133:65) qalib gəlib.

Geri qayıt