Azərbaycan Basketbol Liqasında II turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, "Quba" öz meydanında "Ordu" ilə üz-üzə gəlib.
Qarşılaşma qonaqların 96:68 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun açılış matçında "Neftçi" "Şəki"ni 92:68 hesabı ilə məğlub edib.