Qelebə.az / "Araz-Naxçıvan" I Liqa klubu ilə heç-heçə edib

"Araz-Naxçıvan" I Liqa klubu ilə heç-heçə edib

10-10-2025, 17:17

Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Araz-Naxçıvan" yoxlama oyunu keçirib.

QELEBE.AZ xəbər verir ki, komanda I Liqanın hazırki lideri "Şəfa" ilə üz-üzə gəlib.

BOS-nın ehtiyat meydanında keçirilən görüş saat 15:00-da start götürüb.

Qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Geri qayıt