Qelebə.az / “Yuventus” Kenan Yıldızla anlaşmaqda çətinlik çəkir

“Yuventus” Kenan Yıldızla anlaşmaqda çətinlik çəkir

9-10-2025, 12:55

“Yuventus” türkiyəli hücumçu Kenan Yıldızla müqavilənin yenilənməsini hədəfləyir, lakin tərəflər razılığa gələ bilmirlər.

QELEBE.AZ xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, A Seriyası nəhəngi Avropanın bir çox klubunun maraq dairəsində olan gənc futbolçu ilə danışıqlarda irəliləyiş əldə etmir.

Əsas problem maaş məsələsidir: klub Kenana 5 milyon avro məvacib və əlavə bonuslar təklif edib, 20 yaşlı futbolçunun atası isə daha yüksək şərtlər tələb edir.

Qeyd edək ki, Yıldız bu mövsüm “Yuventus”un heyətində keçirdiyi 12 rəsmi oyunda 5 qolla və 6 məhsuldar ötürmə ilə fərqlənib. Türkiyə millisinin üzvünün turinlilərlə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Geri qayıt