Qelebə.az / Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək

Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək

19-01-2023, 14:28

Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 7-ci “Arpachay Open” beynəlxalq karate turniri keçiriləcək.

Azərbaycan Milli Karate Federasiyasından (AMKF) “QELEBE.AZ”a verilən məlumata görə, yanvarın 20-də start götürəcək yarış ayın 22-dək davam edəcək.

AMKF və “Arpaçay” klubunun birgə təşkil etdiyi Bakı İdman Sarayındakı turnirə 6 ölkəni təmsil edən 600-dən çox idmançı qatılacaq. Kata və kumite turnirində 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər, eləcə də, böyüklər və veteranlar mübarizə aparacaqlar. Karateçilər fərdi və komanda çıxışlarında iştirak edəcək.

“Arpachay Open” turnirinin açılış mərasimi yanvarın 21-də saat 17:00-da başlayacaq.

Geri qayıt