Qelebə.az / Cüdoçularımız beynəlxalq turnirdə iştirak edəcəklər

Cüdoçularımız beynəlxalq turnirdə iştirak edəcəklər

7-10-2025, 21:25

11–12 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, ölkəmizi yarışda ümumilikdə 12 çəki dərəcəsində 25 cüdoçu (18 kişi, 7 qadın) təmsil edəcək.

İdmançılarımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa-Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, turnirdə 10 ölkədən 251 idmançı (159 kişi, 92 qadın) qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq 
Hüseyn Allahyarov
Amin İsmayılov
Murad Muradlı
Babarəhim Mirzəyev

-66 kq
Kənan İsmayılov
Tofiq Məmmədov
Elşən Əsədov
Bəhram Qurbanlı
Qasım Vəlizadə

-73 kq
Kamran Süleymanov
İbrahim Əliyev
Rüfət Şövlətov
Nəriman Mirzəyev

-81 kq
Cəsur İbadlı
Mehdi Abbasov

-90 kq
Naim Hüseynov

-100 kq
Elmar Qasımov

+100 kq 
Camal Feyziyev

Qadınlar

-48 kq
Diana Tçkayeva

-52 kq 
Gültac Məmmədəliyeva

-57 kq 
Ülviyyə Bayramova

-70 kq 
Südabə Ağayeva
Aytac Qardaşxanlı

-78 kq
Günel Həsənli
Nərmin Əmirli

Geri qayıt