Qelebə.az / Super Liqada növbəti istefa

Super Liqada növbəti istefa

7-10-2025, 18:08

Türkiyə Super Liqası təmsilçisi “Antalyaspor”da baş məşqçi dəyişikliyi baş verib.

Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Emre Belözoğlu vəzifəsindən ayrılıb.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Mənbənin məlumatına görə, 45 yaşlı mütəxəssis istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.

Qeyd edək ki, Emre Belözoğlu bu ilin yanvar ayında “Antalyaspor”un baş məşqçisi təyin olunmuşdu.

Geri qayıt