Qelebə.az / III MDB Oyunları: Millimiz bürünc medal qazandı

III MDB Oyunları: Millimiz bürünc medal qazandı

6-10-2025, 11:55

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol üzrə üçüncü yer uğrunda matç baş tutub.
 
Apasport.az xəbər verir ki, Azərbaycanın qızlardan ibarət millisi Özbəkistana qalib gələrək (3:1) bürünc medal qazanıb.
 
Qeyd edək ki, voleybol yarışlarına bu gün, oktyabrın 6-da yekun vurulacaq. Finalda Belarus və Rusiya komandaları qarşılaşacaqlar.

Geri qayıt