Qelebə.az / Lionel Messi “Top-5” liqalara başçılıq edir

Lionel Messi “Top-5” liqalara başçılıq edir

19-01-2023, 09:10

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi rəqib komandaların cərimə meydançasındakı uğurlu driblinq sayında “Top-5” liqalara başçılıq edir.

“Report” xəbər verir ki, argentinalı hücumçunun cari mövsüm Fransa Liqa1-də 9 cəhdi dəqiq alınıb.

Onu 8 driblinqlə İngiltərənin “Arsenal” klubunun hücumçusu Qabriel Jezuş və “Brayton”un forvardı Kaoru Mitoma izləyirlər.

“Böyük beşlik” ölkələrinin yüksək liqalarında sıralamanın digər iki yerini tutanların aktivində 7 uğurlu driblinq var. Bunlar Vinisyus Junior (“Real”, İspaniya) və Georginio Rutterdir (“Lids”, İngiltərə).

Geri qayıt