Qelebə.az / III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub

III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub

4-10-2025, 21:13

Bu gün III MDB Oyunlarında 17 yaşadək voleybolçu oğlanlar arasında növbəti oyunlar keçirilib.

QELEBE.AZ xəbər verir ki, günün ilk qarşılaşması Belarus və Özbəkistan yığma komandaları arasında baş tutub.

Görüş Belarus millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca meydançaya Azərbaycan və Rusiya yığma komandaları çıxıblar. Bu qarşılaşmada isə 3:0 hesabı ilə Rusiya yığması qalib gəlib.

Qeyd edək ki, komandamız növbəti oyununu oktyabrın 6-da Belarus millisinə qarşı keçirəcək.

4 oktyabr 
Belarus - Özbəkistan 3:1 (25:19, 25:23, 16:25, 25:20)
Azərbaycan - Rusiya 0:3 (17:25, 20:25, 16:25)

Geri qayıt