Qelebə.az / Azərbaycan Basketbol Liqası: "Sabah" komandası çətin qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "Sabah" komandası çətin qələbə qazanıb

18-01-2023, 21:57

Azərbaycan Basketbol Liqasında (ABL) XIV tura start verilib.

"QELEBE.AZ"un məlumatına görə, açılış oyununda "Sabah" və "Olimpik Şəki" komandaları qarşılaşıblar. "Sərhədçi" İdman Mərkəzində keçirilən görüş paytaxt klubunun 77-72 hesablı qələbəsi ilə başa çatıb.

Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (32 xal, 11 ribaund), "Olimpik Şəki"dən isə Larri Robinson (18 xal, 3 asist) olublar.

Qeyd edək ki, XIV turun "Zirvə Astara" - "AAAF Xırdalan", "Sərhədçi PİK" - "Gəncə" və "Neftçi İK" - NTD oyunları yanvarın 21-i və 22-də gerçəkləşəcək.

Geri qayıt