Qelebə.az / “Qəbələ”nin futbolçusu dünya çempionatında fərqlənib

“Qəbələ”nin futbolçusu dünya çempionatında fərqlənib

3-10-2025, 14:02

Çilidə 20 yaşadək futbolçular arasında Dünya çempionatı davam edir.

QELEBE.AZ xəbər verir ki, “Qəbələ”nin yarımmüdafiəçisi Salihu Nasirunun heyətində yer aldığı Nigeriya millisi növbəti oyununu keçirib.

Komanda Səudiyyə Ərəbistanı yığmasını 3:2 hesabı ilə qməğlub etməyi bacarıb. Nasiru oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Nigeriya millisi növbəti oyununu oktyabrın 6-da Kolumpiya yığmasına qarşı keçirəcək.

Geri qayıt