Azərbaycan Basketbol Liqasının 2025/26 mövsümünün açılış turunda daha iki qarşılaşma keçirilib.
QELEBE.AZ xəbər verir ki, günün ilk oyununda “Lənkəran” doğma meydanda “Sumqayıt”ı qəbul edib.
Görüş 93:82 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Turun digər matçında isə Bakıda “Sərhədçi” və “Quba” üz-üzə gəliblər. Bu görüşdə də bölgə təmsilçisi üstün olub – 98:76.