Qelebə.az / ÇL: Həftənin oyunçusu bəlli oldu

ÇL: Həftənin oyunçusu bəlli oldu

2-10-2025, 17:18

Çempionlar Liqasında Liqa mərhələsinin II turundan sonra həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bu ada "Real Madrid"in ulduz futbolçusu Kilian Mbappe layiq görülüb.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

26 yaşlı forvard səsvermədə Rasmus Hoylund ("Napoli"), Erlinq Haaland (“Mançester Siti”) və Yens-Petter Heuqeni ("Bodo-Qlimt") qabaqlayıb. 

Geri qayıt