Qelebə.az / İran çempionatının oyunu Rusiya Prezidentinin köməkçisinin səfərinə görə gec başlayıb

İran çempionatının oyunu Rusiya Prezidentinin köməkçisinin səfərinə görə gec başlayıb

18-01-2023, 18:08

İranda futbol üzrə I Liqanın oyunu qeyri-adi hadisəyə görə gec başlayıb.

"QELEBE.AZ"un IRNA-ya istinadən məlumatına görə, Rusiya Prezidentinin köməkçisi İqor Levitinin helikopterinin qəfildən stadionun meydançasına eniş etməsi səbəbindən qarşılaşmanın startı ləngiyib.

Hadisə Azərbaycanla həmsərhəd Gilan vilayətinin Astara şəhərində baş verib. Levitin Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək Rəşt-Astara dəmir yolunun açılışında iştirak etmək üçün İrana yollanıb.

Geri qayıt