Qelebə.az / “Neftçi”nin yetirməsi İspaniyada klubunu dəyişib

“Neftçi”nin yetirməsi İspaniyada klubunu dəyişib

18-01-2023, 17:18

“Neftçi”nin yetirməsi Nazim Məmmədzadə İspaniyada klubunu dəyişib.

“QELEBE.AZ” xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisi “Marino Luanko” komandasına keçib.

2022-ci ilin oktyabrından İspaniyanın “Moralo” komandasında çıxış edən gənc oyunçu “Marino Luanko” ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, Nazim Məmmədzadə 2022-ci ilin fevralında “Neftçi”dən Şimali Makedoniya təmsilçisi “Renova”ya keçib.

Geri qayıt