İki il əvvəl Belarus II MDB Oyunlarını keçirib. II MDB Oyunların Belarusun 11 şəhərində keçirilib.
Bunu APA-nın yerli bürosuna Belarusun idman nazirinin müavini Aleksandr Baraula bildirib.
O bildirib ki, Azərbaycanı tanıtmaq, onun möhtəşəm təbiətini tanıtmaq baxımından MDB Oyunları yaxşı ideyadır.
Nazir müavininin sözlərinə görə, onlara Azərbaycanda böyük diqqət ayrılıb.
Aleksandr Baraula təşkilatçılığın, infrastrukturun, idman obyektlərinin yüksək səviyyədə olduğunu qeyd edib.
O, Belarus idmançıları yüksək nəticələr qazanmaq üçün Azərbaycana gəliblər.