Qelebə.az / “Qarabağ” Türkiyədə ilk qələbəsini qazanıb

“Qarabağ” Türkiyədə ilk qələbəsini qazanıb

18-01-2023, 14:48

“Qarabağ” Türkiyədəki təlim-məşq toplanışında ilk qələbəsini qazanıb.

“Report” xəbər verir ki, Ağam təmsilçisi günün birinci qarşılaşmasında Serbiya klubu “Çukariçki”ni məğlub edib.

Antalyada baş tutan matçda Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə üstələyib. Yeganə qola 42-ci dəqiqədə kolumbiyalı futbolçu Kevin Medina imza atıb.

Qurban Qurbanov bu gün daha bir oyunda komandasını sınayacaq. “Qarabağ” Bakı vaxtı ilə saat 18:30-da başlayacaq görüşdə Polşa təmsilçisi “Poqon”la üz-üzə gələcək. Bununla da ağdamlıların Antalya toplanışı başa çatacaq.

Qeyd edək ki, “Qarabağ” Türkiyədəki ilk yoxlama görüşündə “Rakuv”a (Polşa) 0:3 hesabı ilə uduzub.

Geri qayıt