Qelebə.az / Azərbaycanlı taekvondoçu: “Hədəfim olimpiya oyunlarında yüksək nəticə göstərməkdir"

Azərbaycanlı taekvondoçu: “Hədəfim olimpiya oyunlarında yüksək nəticə göstərməkdir"

30-09-2025, 14:50

"Dünən yarışlarda gümüş medal qazandım. Qismət belə imiş. İnşallah gələcəkdə daha yaxşı hazırlaşıb beynəlxalq yarışlarda ölkəmizə qızıl medal gətirməyi planlaşdırıram".

QELEBE.AZ xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində III MDB Oyunlarının Mingəçevir “Kür” Olimpiya Mərkəzində təşkil olunan taekvondo yarışlarında gümüş medal qazanan Elcan Əliyev deyib.

İdmançımız bu yarışın onun üçün böyük təcrübə qazandırdığını dilə gətirib:

"Komanda olaraq yarışlara yaxşı hazırlaşmışdıq. Bu yarış mənim üçün böyük təcrübə oldu. Hədəfim olimpiya oyunlarında yüksək nəticə göstərməkdir".

Geri qayıt