Misli Premyer Liqasının VI turunda "Sabah" "Sumqayıt"ı qəbul edib.
QELEBE.AZ xəbər verir ki, matçın gedişində stadionun projektorunda problem yaranıb.
Oyunun 29-cu dəqiqəsində "Bank Respublika Arena"da işıqlar sönüb. Nəticədə matç dayandırılıb.
Bir müddət sonra işıqlar yanıb və oyun qaldığı yerdən davam etdirilib.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.