Qelebə.az / Emreli yenə heyətdən kənar qaldı

Emreli yenə heyətdən kənar qaldı

27-09-2025, 19:57

Almaniya II Bundesliqasında VII tur davam edir.

QELEBE.AZ xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" də növbəti matçına çıxıb.

Komanda səfərdə "Paderborn"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Mahir bu matçın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə daxil edilməyib.

Geri qayıt