Qelebə.az / Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı olacaq

Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı olacaq

27-09-2025, 10:40

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü və Zəfər Günü münasibətilə bu gün Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi və 1-ci turun oyunları keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, saat 18:40-da başlayacaq açılış mərasimindən sonra A və B qrupu üzrə 2 qarşılaşma olacaq. 

Meydana ilk olaraq “Real TV” və “Baku WS” komandaları çıxacaq. Bu oyunun ardından isə  “AzTV”  ilə “AZƏRTAC” təmsilçiləri yaşıl meydanda üz-üzə gələcək.

Xatırladaq ki, turnirin informasiya dəstəkçilərindən olan "APA" ilk matçını oktyabrın 4-ü "Real TV"-yə qarşı keçirəcək.

Geri qayıt