Qelebə.az / “Sabah” “Neftçi”ni məğlub etdi

“Sabah” “Neftçi”ni məğlub etdi

26-09-2025, 22:13

Azərbaycan Basketbol Liqasında 2025/26 mövsümünə start verilib.

QELEBE.AZ xəbər verir ki, ilk matçda son çempion “Sabah” “Neftçi” ilə qarşılaşıb.

Birinci period “Neftçi”nin xeyrinə başa çatıb 23:17. Sonrakı iki dördlükldə isə “Sabah” üstün olub (23:11, 20:11). Sonuncu hissədə rəqib 30:26 hesabı ilə üstün gəlsə də, yekun nəticə “Sabah”ın xeyrinə olub - 86:75.

Qeyd edək ki, ilk tura oktyabrın 2-də yekun vurulacaq.

Geri qayıt