Qelebə.az / Avstraliya və Azərbaycan Qran-priləri arasında 28 günlük fasilə olacaq

Avstraliya və Azərbaycan Qran-priləri arasında 28 günlük fasilə olacaq

17-01-2023, 20:30

"Formula 1" üzrə 2023-cü il dünya çempionatında Avstraliya və Azərbaycan Qran-priləri arasında 28 günlük fasilə olacaq.

"QELEBE.AZ"un məlumatına görə, bu, yarışın rəsmi saytının açıqladığı təqvimdə öz əksini tapıb.

Koronavirus pandemiyası səbəbindən ləğv edilən Çin Qran-prisinin əvəzinə təqvimə başqa yarış salınmayıb.

Mövsümə martın 5-də Bəhreyn Qran-prisi ilə start veriləcək.

Qeyd edək ki, bu mövsüm 23 yarış planlaşdırılıb. Avstraliya Qran-prisi 31 mart - 2 apreldə, Azərbaycan Qran-prisi isə 28 - 30 apreldə baş tutacaq.

Geri qayıt