Qelebə.az / "Zirə" son yoxlama oyununda qolsuz heç-heçə edib

"Zirə" son yoxlama oyununda qolsuz heç-heçə edib

17-01-2023, 18:34

“Zirə” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında son yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Serbiyanın "Radniçki" klubu ilə qarşılaşan "qartallar" qolsuz heç-heçəyə razılaşıb.

Rəşad Sadıqovun baş məqşçi olduğu kollektiv günün ilk matçında Macarıstanın II liqa təmsilçisi “Seqed-Çanad”a 1:3 hesabı ilə uduzub.

Beləliklə, hazırlıq prosesini 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə başa vurub. Komanda yeganə qələbəsini Rumıniyanın "Kindia" klubu ilə oyunda qazanıb - 3:2.

14:54

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” Macarıstanın II liqa təmsilçisi “Seqed-Çanad”la yoxlama görüşü keçirib.

“Report”un məlumatına görə, Bakı klubu günün ilk qarşılaşmasında rəqibinə 1:3 hesabı ilə məğlub olub.

“Zirə”nin yeganə qoluna 34-cü dəqiqədə Toni Qomes imza atıb. “Seqed-Çanad”ın heyətində 30-cu dəqiqədə Simon Adam, 45+5-ci dəqiqədə penaltidən Norbert Kundrat və 59-cu dəqiqədə Haruna Cammeh fərqləniblər.

“Zirə” günün ikinci, Antalya toplanışının isə son yoxlama görüşünü Serbiya klubu “Radniçki”yə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Geri qayıt