Qelebə.az / İtaliya millisinin üzvü daha 3 il “Napoli”də - RƏSMİ

İtaliya millisinin üzvü daha 3 il “Napoli”də - RƏSMİ

23-09-2025, 22:22

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Napoli” klubu cinah müdafiəçisi Matteo Politano ilə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı vingerin müqaviləsi 2028-ci ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, “Napoli” İtaliya millisinin üzvünü 2020-ci ilin əvvəlində “İnter”dən transfer edib. O, neapolluların heyətində indiyədək çıxış etdiyi 238 rəsmi matçda 34 qol və 35 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt