Qelebə.az / "Baku Sportinq"də serbiyalı yarımmüdafiəçi

"Baku Sportinq"də serbiyalı yarımmüdafiəçi

23-09-2025, 16:55

Azərbaycanın I Liqa klubu "Baku Sportinq" heyətini serbiyalı futbolçu Luka Stevanoviçlə gücləndirib.

Apasport.az xəbər verir ki, bunu paytaxt təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Ötən mövsüm də Bakı klubunun formasını geyinmiş serbiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı oyunçunun son klubu Belarus təmsilçisi "Molodeçno" olub.

Geri qayıt