Qelebə.az / Haalanddan növbəti uğur: Sulşerə şərik çıxdı

Haalanddan növbəti uğur: Sulşerə şərik çıxdı

22-09-2025, 14:26

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland daha bir rekorda imza atıb.

İdman.biz xəbər verir ki, o, buna “Arsenal”la matçda (1:1) nail olub.

Görüşdə fərqlənən norveçli Premyer Liqada 91-ci qolunu vurub. Bununla da, o, Ole Qunnar Sulşerin rekorduna şərik çıxıb.

24 yaşlı futbolçu daha bir qol vursa, Premyer Liqada norveçli oyunçular arasında bombardir adına yiyələnəcək.

Geri qayıt