Qelebə.az / “Qarabağ”ın rəqibi futbolçusunu Fransa klubuna satıb

“Qarabağ”ın rəqibi futbolçusunu Fransa klubuna satıb

17-01-2023, 11:15

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçika “Gent”i bir futbolçusu ilə yollarını ayırıb.

“QELEBE.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Elişa Ovusu Fransa təmsilçisi “Oser”ə satılıb.

Bununla Qana millisinin üzvü 2019-cu ilin yayından formasını geyindiyi “Gent”lə vidalaşıb. Onun belçikalılarla müqaviləsi mövsümün sonuna qədər idi. Fransada anadan olan orta sahə oyunçusu “Lion”un yetirməsidir.

Qeyd edək ki, “Qarabağ” “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə 23-də Gentdə keçirəcək.

Geri qayıt