"Fənərbaxça" rəhbərliyi növbəti dəfə TFF-yə şikayət edəcək.
QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, klub prezidenti Ali Koç və idarə heyətinin üzvləri şikayət üçün TFF-nin inzibati binasına yollanacaq.
Buna səbəb "Alanyaspor"la matçda yaşanan şübhəli hakim qərarlarıdır.