Qelebə.az / KİV: Məhəmməd Salah PSJ ilə danışıqlar aparır

KİV: Məhəmməd Salah PSJ ilə danışıqlar aparır

16-01-2023, 23:59

Misir millisisinin və İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah Fransanın PSJ komandası ilə danışıqlar apaparır.

"QELEBE.AZ" Misir mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu mersisaydlıların səfərdə "Brayton"a 0:3 hesabı ilə uduzduğu Premyer Liqanın XX tur oyunundan sonra Paris təmsilçisinin sahibi Nasser Əl-Xəlaifi ilə görüşüb. Şam yeməyində bir araya gələn futbolçu və funksionerin mümkün transferi müzakirə etdikləri bildirilib.

PSJ-nin bir müddətdir Salahı transfer etmək istədiyi və danışıqların müsbət istiqamətdə getdiyi iddia olunub.

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"un şərəfini qoruyan Məhəmməd Salah bu mövsüm meydana çıxdığı 27 oyunda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt