Qelebə.az / Çempionlar Liqası: “Qarabağ” səfərdə “Benfika”nı məğlub edib

Çempionlar Liqası: “Qarabağ” səfərdə “Benfika”nı məğlub edib

17-09-2025, 00:53

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib.

APA xəbər verir ki, Ağdamın "Qarabağ" klubu səfərdə "Benfika"nın qonağı olub.

Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə də, 90 dəqiqənin sonunda geridönüş etməyi bacarıb - 2:3.

Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis Pavlidis vurub.

"Qarabağ"ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk fərqlənib.

Geri qayıt