Qelebə.az / Millimiz Monteneqro ilə heç-heçə edib

Millimiz Monteneqro ilə heç-heçə edib

16-09-2025, 17:51

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Apasport.az xəbər verir ki, U-15 millimiz Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.

Geri qayıt