Qelebə.az / "Roma"nın heyətində ciddi itki

"Roma"nın heyətində ciddi itki

16-09-2025, 15:34

"Roma"nın futbolçusu Paulo Dibala sıradan çıxıb. 

QELEBE.AZ xəbər verir ki, 31 yaşlı oyunçunun sol ayağının bud nahiyəsində əzələsində gərginlik əmələ gəlib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Dibala bu mövsüm "Roma"nın heyətində 3 rəsmi matçda iştirak edib.

Geri qayıt