Qelebə.az / Sumo üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Sumo üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

14-09-2025, 23:27

Tailandın paytaxtı Banqkokda keçirilən sumo üzrə dünya çempionatında yarışın rəsmi bayrağı Azərbaycana təqdim olunub.

Apasport.az xəbər verir ki, bayrağı ölkəmiz adından Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov qəbul edib.

Qeyd edək ki, dünyanın ən mötəbər sumo yarışı gələn il sentyabrın 1-dən 10-dək Bakıda keçiriləcək.

Geri qayıt