Qelebə.az / Millimizin üzvü oynadı, komandası üç xal qazandı

Millimizin üzvü oynadı, komandası üç xal qazandı

14-09-2025, 09:36

Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, sözügedən komanda “Blis”lə arşılaşıb.

Matç “Eqnatiya”nın qələbəsiylə başa çatıb – 1:0.

Oyuna ehtiyatda başlayan Zamiq 87-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, “Eqnatiya” 3 turdan sonra 4 xalla dördüncü pillədə qərarlaşıb.

Geri qayıt