Qelebə.az / “Beşiktaş”ın futbolçusu Yunanıstan klubunda - RƏSMİ

“Beşiktaş”ın futbolçusu Yunanıstan klubunda - RƏSMİ

13-09-2025, 16:58

“Beşiktaş” futbolçusunu icarəyə göndərib.

QELEBE.AZ xəbər verir ki, Joao Mario AEK-lə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, portuqaliyalı yarımmüdafiəçi Afina təmsilçisinin heyətində mövsümün sonuna qədər icarə əsasında oynayacaq.

32 yaşlı oyunçunun “Beşiktaş”la müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir.

Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü karyerası ərzində “Sportinq”, “İnter”, “Vest Hem” və “Lokomotiv”(Moskva) komandalarında da çıxış edib.

Geri qayıt