Qelebə.az / Basketbolçularımız Dünya Seriyasının final mərhələsində ilk qələbəsini qazanıb

Basketbolçularımız Dünya Seriyasının final mərhələsində ilk qələbəsini qazanıb

13-09-2025, 14:11

Azərbaycanın 3x3 basketbol millisi Çinin Şanxay şəhərində keçirilən Dünya Qadın Seriyasının final mərhələsində ilk qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, yığma B qrupundakı ikinci oyununda Niderlandın U-25 seçməsindən üstün olub - 21:19.

Komanda ilk matçda Kanadaya uduzub - 13:21. 

Azərbaycan millisi Bakı vaxtı ilə saat 16:45-də "CS Rapid" kollektivi ilə üz-üzə gələcək.

Geri qayıt