Qelebə.az / "Yunayted"dən ayrıldı - "Volfsburq"a keçdi

"Yunayted"dən ayrıldı - "Volfsburq"a keçdi

11-09-2025, 10:47

“Mançester Yunayted”dən ayrılan Kristian Eriksenin taleyinə aydınlıq gəlib.

QELEBE.AZ xəbər verir ki, yarımmüdafiəçi “Volfsburq”la anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Bundesliqa təmsilçisi 33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Danimarka millisinin üzvü olan Eriksen ötən mövsüm “Mançester Yunayted”in heyətində meydana çıxdığı 35 oyunda 5 qol və 6 assistlə yadda qalıb.

Geri qayıt