“Beşiktaş”ın yeni transferi Vilfred Ndidi Nigeriya milli komandasında zədələnib.
QELEBE.AZ xəbər verir ki, yarımmüdafiəçi Afrika zonası üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Cənubi Afrika Respublikası (CAR) ilə keçirilən səfər matçında oyunu davam etdirə bilməyib.
28 yaşlı futbolçu matçın 70-ci dəqiqəsində əvəzlənib. Zədə sonrası ilk müdaxilə meydanda edilsə də, Nigeriyalı ulduzun vəziyyəti barədə rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.