Qelebə.az / "Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

8-09-2022, 02:30

"Qarabağ" Almaniyada "Frayburq"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunu öncəsi son məşqinə çıxıb.

"Report"un Frayburqa ezam olunmuş əməkdaşı xəbər verir ki, "Europa-Park" stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, sentyabrın 8-i təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Geri qayıt