Qelebə.az / AFFA-nın Baş katibi: Fernandu Santuşun Azərbaycan futboluna yanaşması qəbulolunmazdır

AFFA-nın Baş katibi: Fernandu Santuşun Azərbaycan futboluna yanaşması qəbulolunmazdır

6-09-2025, 06:00

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk matçında İslandiyaya məğlub olub - 0:5.

Apasport.az xəbər verir ki, oyundan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlama verib.

"Deyiləsi söz çoxdur. Bu komanda, futbolçular belə idarəçiliyə, nəticəyə layiq deyildilər. İslandiya komandasına çox hörmətlə yanaşırıq. Amma biz onlara qarşı oynaya bilmir, başdan müdafiə futbolunu qəbul ediriksə, bu, bizim öz problemimizdir. Futbolçuların problemi deyil. Sistem başdan səhv idi. Baş məşqçi ev tapşırığını yerinə yetirməmişdi. Onun Azərbaycan futboluna, futbolçularına və xalqına yanaşması qəbulolunmazdır. Heç kim Azərbaycan xalqına bunu yaşada bilməz".

Geri qayıt