Qelebə.az / Taekvondoçularımız İsveçrəyə yollanıblar

Taekvondoçularımız İsveçrəyə yollanıblar

5-09-2025, 12:17

Taekvondo üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri “Swiss Open” beynəlxalq turnirində iştirak edəcək.

Apasport.az xəbər verir ki, bu məqsədlə yığmamız İsveçrənin Sanqt-Qallen şəhərinə yola düşüb.

Yarışda böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, məşqçi Günay Zeynalovanın rəhbərliyi altında ölkəmizi 8 taekvondoçu təmsil edəcək.

Qeyd edək ki, turnirə sentyabrın 8-də yekun vurulacaq.

Geri qayıt