Qelebə.az / Voleybolçularımız beynəlxalq turnir üçün Türkiyəyə yollanıblar

Voleybolçularımız beynəlxalq turnir üçün Türkiyəyə yollanıblar

3-09-2025, 17:39

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq yarışda iştirak etmək üçün Türkiyəyə yola düşüblər.

QELEBE.AZ xəbər verir ki, onlar sentyabrın 4-7-də Türkiyənin Mersin şəhərində təşkil olunacaq “Pro Beach Tour Mersin” açıq çempionatında qüvvələrini sınayacaqlar.

Yarışda ölkəmizi Xədicə Hadızadə - Cəmilə Bəşirova və İbrahim Məmmədov - Muhammad Aslanlı cütlükləri təmsil edəcəklər. Komandalara müvafiq olaraq, Nihad Tarverdiyevlə Atvars Vilde rəhbərlik edəcəklər.

Geri qayıt