Qelebə.az / "Beşiktaş"ın maraqlandığı forvard "Seltik"də

"Beşiktaş"ın maraqlandığı forvard "Seltik"də

3-09-2025, 16:03

“Sevilya”dan ayrılan Keleçi İhenaçonun yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, 28 yaşlı hücumçu “Seltik”lə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, forvardla 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Nigeriya millisinin üzvü ilə Türkiyənin "Beşiktaş" klubu da yaxından maraqlanırdı.

Qeyd edək ki, İhenaço ötən mövsüm "Sevilya"nın heyətində iştirak etdiyi 26 rəsmi matçda 4 qol və 2 assistlə yadda qalıb.

Geri qayıt