Qelebə.az / “Mançester Siti” Donnarummanı transfer edib

“Mançester Siti” Donnarummanı transfer edib

2-09-2025, 13:43

Edersonu “Fənərbaxça”ya göndərən “Mançester Siti” heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, “şəhərlilər” PSJ-də çıxış edən Canluici Donnarummanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Siti" 26 yaşlı qolkiper üçün Fransa təmsilçisinə 30 milyon avro ödəyib. Razılaşmaya əsasən, İtaliyalı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Donnarumma 2021-ci ildən PSJ-də çıxış edirdi.

Geri qayıt